image-iran-disisleri-bakani-arakci-trumpin-anlasma-cagrisina-yanit-verdi-evrzbackend

İran XİN rəhbərindən şok açıqlama: Dünya bazarlarında tarixi böhran yaxınlaşır

İranın xarici işlər naziri Abbas Əraqçi qlobal bazarların ciddi böhran riski ilə qarşı-qarşıya olduğunu bildirib. O, mövcud vəziyyəti “tarixin ən böyük iqtisadi uçurumlarından biri” kimi qiymətləndirib.

Referans Media xəbər verir ki, Əraqçi sosial media hesabında paylaşdığı açıqlamada ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumların və informasiya manipulyasiyalarının iqtisadi təsirlərinə toxunub. Onun sözlərinə görə, bəzi amerikalı rəsmilər “saxta xəbərlər yayaraq bazarları manipulyasiya etməyə çalışırlar”.

Nazir qeyd edib ki, bu cür addımlar ABŞ rəhbərliyinin Amerika xalqına yüklədiyi yüksək inflyasiya dalğasının qarşısını ala bilməyəcək.

Abbas Əraqçi vurğulayıb ki, dünya bazarlarında yaranmış vəziyyət tarixdə baş vermiş bir sıra böyük enerji və geosiyasi böhranlardan da daha ciddi ola bilər. O bildirib ki, hazırkı vəziyyət 1973-cü il Ərəb neft embarqosu, 1979-cu il İran İslam İnqilabı və 1990-cı ildə İraqın Küveyti işğalı dövrlərində yaranan böhranların cəmindən daha böyük risklər yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki