İranda etiraz aksiyaları: 3 nəfər öldü

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, şənbə günü günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı 3 nəfər ölüb.

“Toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər alıb”, – deyə qeyd olunub.

Xatırladaq ki, İranda bir sıra şəhər və əyalətlərdə hökumətə qarşı etirazlar başlayıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki