İranda hökumətə qarşı çıxan şəxslərlə bağlı qərar verildi

“Heç kim düşmənin cinayət və sui-qəsdlərindən xəbərsiz olduğunu iddia edə və ya özünü bilməzliyə vura bilməz”.

Referans Media xəbər verir ki, bunu İran İslam Respublikası Ali Məhkəməsinin rəhbəri – Baş hakim Möhsəni Ejei deyib.

O, hazırda vəziyyətin tam aydın olduğunu vurğulayıb.

“Məhkum edilmiş şəxslərin əmlakının müsadirəsi zamanı heç bir güzəştə yol verilməməli, bu proses dəqiqlik və sürətlə həyata keçirilməlidir”, – deyə baş hakim əlavə edib.

Qeyd edək ki, son günlərdə İranda hökumətə qarşı olan onlarla şəxsin əmlakı müsadirə olunub./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki