ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ən azı 201 nəfər həyatını itirib, 747 nəfər isə yaralanıb.
Referans Media xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Hücumlar ölkənin 24 əyalətinə təsir edib.
Qeyd olunur ki, xilasetmə və yardım əməliyyatları davam edir və vəziyyətlə bağlı əlavə məlumatlar açıqlanacaq.






















