image-ekrangoruntusu2026-04-22100348-694378-23backend

İranın Böyük Britaniyadakı səfiri XİN-ə çağırıldı

İranın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Buna səbəb kimi İran səfirliyinin sosial şəbəkələrdə paylaşdığı “qəbuledilməz və təhrikedici şərhlər” göstərilib.

Britaniyanın Yaxın Şərq məsələləri üzrə naziri Hamiş Falkoner səfiri qəbul edərək bildirib ki, bu cür hərəkət və açıqlamalar “tamamilə qəbuledilməzdir”.

Böyük Britaniya Xarici İşlər Nazirliyi qeyd edib ki, İran səfirliyi “Böyük Britaniyada və ya beynəlxalq miqyasda zorakılığı təşviq kimi qiymətləndirilə biləcək istənilən kommunikasiya formasına son qoymalıdır”.

“İranın qəddar və repressiv rejimi Böyük Britaniya ərazisində həyata keçirdiyi zərərli fəaliyyətlərə, Körfəz regionundakı müttəfiqlərimizə qarşı düşüncəsiz hücumlarına və öz xalqına qarşı zorakılığına görə Britaniya hökuməti tərəfindən ifşa edilməyə davam edəcək”, – nazirliyin bəyanatında deyilir:

Xarici İşlər Nazirliyi səfirliyin hansı paylaşımına görə etiraz edildiyini dəqiqləşdirməyib. Lakin bu addım “Metro” nəşrinin İran səfirliyinin Böyük Britaniyada yaşayan iranlıları “vətən uğrunda canlarını qurban verməyə” çağıran paylaşımı barədə məlumatından sonra atılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki