image-abs-iran-fuzebackend

İranın nüvə obyektinə zərbə endirildi

İran ABŞ və İsrailin hərbi əməliyyatları zamanı ölkənin Nətənz şəhərində yerləşən nüvə obyektinə zərbə endirildiyini açıqlayıb.

Referans Media  “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İranın BMT-nin nüvə nəzarəti orqanındakı səfiri Rza Nəcəfi məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin 35 ölkədən ibarət İdarə Heyətinin iclasında jurnalistlərə danışıb.

O bildirib ki, “dünən yenidən İranın dinc və qorunan nüvə obyektlərinə hücum edilib”.

“Reuters” xəbər agentliyinin hansı obyektlərin hədəf alındığı barədə sualını cavablandıran diplomat zərbənin “Natanz Nuclear Facility”ə endirildiyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki