İslam Maxaçev UFC tarixinidə ilkə İMZA ATDI

Rusiyalı İslam Maxaçev UFC tarixində ən uzunmüddətli qələbə seriyasının yeni rekordçusu olub.

Çağdaş.Az xəbər verir ki, o, irlandiyalı İan Maçado Qerrini məğlub etməklə ardıcıl 17-ci qələbəsini qazanıb.

Bu nəticə ilə Maxaçev braziliyalı Anderson Silvanın 16 döyüşlük qələbə seriyasını geridə qoyaraq UFC tarixində bu göstərici üzrə mütləq rekord müəyyənləşdirib. Mahaçevin UFC-də keçirdiyi 19 döyüşdə 18 qələbəsi var.

İdmançının yeganə məğlubiyyəti 2015-ci ilin oktyabrında braziliyalı Adrian Martinsə qarşı döyüşdə qeydə alınıb./Modern.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki