Azərbaycan Premyer Liqası klubunda baş məşqçi ilə bağlı gözlənilməz dəyişiklik

“Araz-Naxçıvan” PFK-da baş məşqçi ilə bağlı qərar qəbul edilib.

Referans Media  klubun mətbuat xidmətinə istonadən xəbər verir ki, lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək məqsədilə UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov əsas komandaya baş məşqçi təyin olunub.

Bununla belə, klubdaxili qərara əsasən, 2026/2027-ci il mövsümündə Misli Premyer Liqasında A komandasının nəticələrinə, məşq və oyun prosesinin idarə olunmasına, taktiki-texniki hazırlığına, həmçinin mətbuatla ünsiyyətə Cavid Hüseynov cavabdeh olacaq.

Mövsüm ərzində mətbuat konfranslarında Hüseynov iştirak edəcək və komanda ilə bağlı açıqlamalar verəcək./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki