Həmin anda tibb işçisi olaraq əllərim bağlı idi - Yeva

On bir il keçib və “Çelsi”nin baş məşqçisi Joze Mourinyo ilə klub həkimi Yeva Karneyra arasında baş verən insident mətbuatda hələ də gündəmə gəlir.

Referans Media xəbər verir ki, bu dəfə isə “Netflix”in “Mourinyo” sənədli filmi günahkardır.

“Çelsi”nin kapitanı Con Terri və Xose Mourinyo mübahisəli hadisəni müzakirə ediblər və ingilis futbolçu portuqaliyalının fikrini dəstəkləyib.

“Suonsi” ilə oyun zamanı Yeva Karneyro və “Çelsi”nin fizioterapevti Con Firn Eden Azara yardım etmək üçün meydana qaçıblar. Belçikalı oyunçu meydandan kənarlaşdırılıb və “mavilər” doqquz nəfərlə qalıb (Kurtua daha əvvəl meydandan qovulmuşdu) və oyun 2-2 hesabı ilə başa çatıb.

Mourinyo tibbi heyətin oyunçuya kömək etməsinə icazə vermədiyini bildirərək cəbəllütariqli mütəxəssisin qovulmasına nail olub.

O, Terrini hadisələrlə bağlı Mourinyonun versiyasını dəstəklədiyinə görə tənqid edib. Terri sənədli filmdə “Çelsi” oyunçuları ilə tibb heyəti arasında razılaşma olduğunu bildirib – zədə “həqiqətən, həqiqətən ciddi” olmadığı təqdirdə tibb işçiləri meydana çıxmamalı idilər.

“On bir il sonra ən pis anımıza qayıtdıq. Ümid edirəm ki, heç olmasa bundan bir az pul qazanıblar. Biz tibbi-hüquqi peşə etikası kodeksinə bağlıyıq. Düzünü desəm, Con Terrinin bu məsələni öyrənməsinin vaxtı çatıb. Bu, kifayət qədər uzun müddətdir, dostum. Əslində bu, olduqca sadədir. Hakim Maykl Oliver bizi iki dəfə meydana çağırdı, oyunçu Eden Azar yardım istədi, bundan sonra kənarda iki dəfə göz təması qurduq və o, köməyə ehtiyacı olduğunu təsdiqlədi. Həmin anda tibb işçisi olaraq əllərim bağlı idi”, – Yeva bildirib.

Yeva Karneyro 2015-ci ilin sentyabr ayında işdən çıxarılıb və o, yalnız rəsmi üzr istənilməsi ilə kifayətlənmədi, həm də məhkəmələr vasitəsilə “Çelsi”dən xeyli miqdarda təzminat aldı. Joze Mourinyo dəfələrlə haqlı olduğuna inandığını və hərəkətlərindən peşman olmadığını vurğulayıb./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki