Zubirlə vidalaşan “Qarabağ”dan SON TRANSFER XƏBƏRİ

«Qarabağ» Abdullah Zubirin klubu dəyişməsindən pul qazanmayacaq.

Bu barədə Ağdam təmsilçisindən məlumat verilib.

Verilən məlumatda qeyd olunub ki, fransalı vinger Səudiyyə Ərəbistanından təklif alması barədə rəhbərliyi məlumatlandırıb.

34 yaşlı legioner onun sərbəst buraxılmasını xahiş edib.

«Köhlən atlar» bura «Lans»dan gəlmiş sol cinah oyunçusunun ötən 8 ildəki xidmətlərini qiymətləndirib və ona azad agent statusu verib.

Baxmayaraq ki, Zubirin müqaviləsi 2027-ci ilin yayınadək bitəcək.

Komandanın kapitan sarğısını daşımış Mərakeş kökənli əcnəbinin keçidi ən qısa müddətdə açıqlanacaq. Əgər tibbi müayinə zamanı səhhətində hansısa problem aşkarlanmasa.

“Qarabağ”da 369 oyuna 79 qol və 96 asistlə yadda qalan “10 nömrə” bundan sonra ərəblərlə 2 illik müqavilə imzalayacaq./sportinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki