İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldubackend

İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu

  İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum olub.

Referans  xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb:

“İsmayıllıda itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu”.

***
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb.

DİN-dən Referans-a verilən məlumata görə, İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki