İspaniya İsrailin Livana hücumlarının dayandırılması üçün BMT-yə müraciət etdi

İspaniya müdafiə naziri Margarita Robles Birləşmiş Millətlər Təşkilatı-ndan İsrail-in Livan ərazisinə hücumlarını dayandırmasını tələb etməsini istəyib.

Məlumata görə, Robles Livanda fəaliyyət göstərən UNIFIL sülhməramlı missiyasında xidmət edən ispan hərbçilərlə videokonfrans keçirib. O bildirib ki, missiya çərçivəsində təxminən 670 ispan əsgəri bölgədə yerləşdirilib.

Nazir qeyd edib ki, İsrail və Hizbullah arasında gündə 60-70 top və hava hücumu baş verir və bu səbəbdən bölgədəki ispan hərbçilər uzun müddət sığınacaqlarda qalmağa məcbur olur.

Robles həmçinin BMT-ni İsrailin Livandakı hücumlarını dayandırmağa və sülhməramlı missiyanın təhlükəsizliyini təmin etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki