image-raket-israilbackend

İsrail ərazisinə İrandan raket zərbələrinin endirildiyini elan edib

İrandan İsrailə yeni raket yaylım atəşləri endirilib.

Referans Media-nın məlumatına əsasən bu barədə İsrail Ordusunun Mətbuat xidməti xəbər verib.

“İsrailə qarşı əlavə raket yaylım zərbələri endirilib. Əhaliyə növbəti xəbərdarlığa qədər təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunur”, – açıqlamada deyilir.

Qeyd olunur ki, hazırda hava hücumundan müdafiə sistemi təhdidləri aşkarlayır və zərərsizləşdirir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki