image-tahran-iran-aa-2443939backend

İsrail İranda dəmir yolu körpüsünü vurdu: Ölənlər var

İsrailin İranın dəmir yolu infrastrukturuna hücum edəcəyi ilə bağlı təhdidlərindən sonra İsfahan vilayət rəhbərliyi bölgədə bir dəmir yolu körpüsünün hədəf alındığını və insan tələfatının olduğunu açıqlayıb.

Dövlət televiziyasının məlumatına görə, ABŞ və İsrail qüvvələri Qum şəhəri yaxınlığında yerləşən əraziləri hədəfə alıb.

Məlumatda bildirilir ki, şəhərin kənarında və vilayətin qərb hissəsində yerləşən nəqliyyat əlaqələri üzərindəki körpülərdən biri raket zərbəsinə məruz qalıb.

Hücumla bağlı əlavə detallar açıqlanmayıb.

Qeyd olunur ki, son dövrlərdə ABŞ və İsrail tərəfindən İran ərazisində mülki infrastruktur obyektlərinə hücumlar həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki