image-israil-tahran-in-dogusuna-saldiriyor-siddetli-19622521_991_ampbackend

İsrail İranın yeni liderini hədəfə aldı – “Aslanın nəriltisi” başladı!

Yaxın Şərqdə müharibə 5-ci günündə də bütün şiddəti ilə davam edir. İsrail Hava Qüvvələri Tehranın şərqinə yeni hücumlar həyata keçirib və bölgədə şiddətli partlayışlar qeydə alınıb. Səma tüstü ilə örtülüb, vətəndaşlar hadisələri sosial şəbəkələr vasitəsilə izləyir.

Referans Media xəbər verir ki, 28 fevralda ABŞ və İsrailin İran əleyhinə başladığı hərbi əməliyyatlar hələ də davam edir. İsrail Hərbi Hava Qüvvələri Tehrana onuncu hücum dalğasını elan edib. Buna cavab olaraq İran İnqilab Müşahidə Ordusu 230 pilotsuz uçuş aparatı ilə İraq və Küveytdəki ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirib.

ABŞ-ın Manamadakı səfirliyi bölgədə artan təhlükə səbəbindən vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Səfirlik ölkədə qalanların təhlükəsiz yerlərdə qalmasını tövsiyə edib.

İsrailin müdafiə naziri İsrael Katz, İranın dini lideri Xameneinin ölümündən sonra seçiləcək yeni liderin də hədəf olacağını açıqladı. Katz dedi: “Adının və ya harada olmasının fərqi yoxdur, hər yeni lider hədəf olacaq”. İsrail ordusuna “Aslanın nəriltisi” əməliyyatı çərçivəsində bütün lazımi hazırlıqları görmək tövsiyə edildi.

Yaxın Şərqdəki münaqişənin 5-ci günündə ölən və yaralananların sayı ölkələr üzrə belədir:

İran: 787 ölü, yüzlərlə yaralı
Küveyt: 3 ölü, 35 yaralı
Livan: 40 ölü, 246 yaralı
İsrail: 11 ölü, yüzlərlə yaralı
İordaniya: 5 ölü
Bəhreyn: 1 ölü, 4 yaralı
Qatar: 16 yaralı
BƏƏ: 3 ölü, 68 yaralı
Oman: 1 ölü, 5 yaralı
ABŞ: 6 ölü, 18 yaralı

İranın dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi martın 6-da keçiriləcək. Lakin martın 4-ü axşam Tehran Musalla məscidində vida mərasimi keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki