İsrail mətbuatı: Netanyahu “Sumud Donanması”na müdaxilə üçün orduya göstəriş verəcək

İsrailin Baş naziri Benjamin Netanyahunun Qəzzaya humanitar yardım çatdırmağı hədəfləyən “Qlobal Sumud Donanması”nın qarşısının alınaraq “ələ keçirilməsi” üçün İsrail ordusuna səlahiyyət verəcəyi bildirilib.

Referans MEDİA xəbər verir ki, İsrailin dövlət televiziyası olan KAN-ın yaydığı məlumata görə, Netanyahu bu gün təhlükəsizlik toplantısı keçirəcək.

Məlumatda qeyd olunub ki, iclas zamanı “Qlobal Sumud Donanması”na müdaxilə edilərək gəmilərin ələ keçirilməsi ilə bağlı planlar müzakirə olunacaq.

Bildirilir ki, Netanyahu Qəzzaya tətbiq olunan blokadanı yarmağa və bölgəyə humanitar yardım çatdırmağa çalışan donanmaya qarşı əməliyyat aparılması üçün orduya göstəriş verəcək.

Xəbərdə İsrailin blokadanın pozulmasına “icazə verməyəcəyi”, “Sumud Donanması”na qarşı əməliyyatın isə “yaxın saatlarda” həyata keçirilə biləcəyi vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki