İsrail Qətərin paytaxtı Dohaya hücum edib.
Qətər Xarici İşlər Nazirliyi İsrailin hücumundan sonra Dohadakı vəziyyətin gərgin olduğunu açıqlayıb.
İsrail hökuməti isə Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İsrail Qətərdəki Həmas rəhbərliyini hədəf aldığını etiraf edib. Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi bildirib.
ABŞ-ın Dohadakı səfirliyi şəhərə raket hücumları barədə məlumatların qeydə alındığını açıqlayıb.
Səfirlik ABŞ vətəndaşlarına sığınacaqlarda qalmağı və təhlükəsiz əraziləri tərk etməməyi məsləhət görüb.
Məlumata görə, Qətərdəki hücumda HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Hayya həlak olub. Qətərdə İsrail tərəfindən hədəf alınan yüksək səviyyəli HƏMAS rəsmisi Xəlil Əl-Həyya keçən il həm İsmayıl Haniyə, həm də Yəhya Sinvar öldürüldükdən sonra Fələstin silahlı qruplaşmasının rəhbərliyində getdikcə mərkəzi fiqura çevrilib. Eyni iclasda Həmas siyasi bürosunun üzvləri Xalid Məşəl, Məhəmməd Dərviş, Razi Həməd və İzzət ər-Rişk də iştirak ediblər.//Globalinfo.az
