İsrailin Baş naziri Benyamin Netanyahu və Müdafiə Naziri İsrail Katz, ölkənin təhlükəsizlik orqanları tərəfindən Hizbullahın yaxın günlərdə hücumlarını genişləndirə biləcəyi və İsrailin həyati əhəmiyyətli infrastrukturlarını hədəf ala biləcəyi barədə qiymətləndirmə təqdim edilib.
Referans Media xəbər verir ki, İsrailin təhlükəsizlik bölməsi hesab edir ki, Hizbullahın raket hücumları yaxın günlərdə daha intensiv olacaq.
Hücumların məqsədi yalnız raketlərlə zərbə deyil, həm də İsrailin enerji, rabitə və digər həyati infrastruktur obyektlərinə ciddi təsir göstərməkdir.
İsrail ordusu 2 martdan bəri Livan boyunca hava və dənizdən hücumlar həyata keçirib. Beyrut və digər bölgələr hədəfə alınıb, həmçinin torpaq işğalını genişləndirmək qərarı qəbul edilib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində 486 nəfər ölüb, 1313 nəfər yaralanıb.
Xəbər agentliklərinə görə, İsrail mediası və təhlükəsizlik mənbələri bildirir ki, İsrailin əsl qorxusu İran deyil, Hizbullahın İsrail daxilində yaradacağı təhlükədir.























