Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Referans Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
