Rusiyanın Buryatiya bölgəsində yerli sakinlərdən biri evinin həyətində ayı ilə qarşılaşıb.
Referans Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, hadisə Oxor-Şibir kəndində baş verib. Yırtıcı kişiyə yaxınlaşıb hücum edən zaman o, artıq həyətdə imiş. Amma kişi bir anda qərar verərək qaça bilib.
Yerli sakin ciddi xəsarət almayıb. Aidiyyəti orqanlar yaranmış təhlükəli vəziyyət barədə məlumat əldə etdikdən sonra mütəxəssisləri ayını axtarmaq üçün əraziyə cəlb ediblər.
"Ovçular heyvanı axtarsalar da, onu tapa bilməyiblər",- "Gazeta" yazıb.
Yerli administrasiya da vəziyyətlə bağlı şərh verib. Rəsmilər vurğulayıblar ki, ola bilsin yırtıcı yem axtarmaq üçün kişinin evinə gəlib və buna əsasən o yenidən kəndə qayıda bilər. Məmurlar insanlar ehtiyatlı olmağa çağırıblar..Publika.az
