İstanbulda inanılmaz hadisə: Sabah oyandığında dişləri yox idi – gerçəyi öyrənəndə şoka düşdü!

İstanbulda yaşayan 45 yaşlı qadın səhər oyandığında ağzındakı protez dişlərinin olmadığını hiss etdi. Əvvəlcə onları udduğunu düşündü və internetdə axtarış apardı. Lakin xəstəxanada çəkilən rentgen filmləri həqiqəti ortaya çıxardı.

Referans Media xəbər verir ki, qadının üst arxa tərəfdəki protez dişləri ağciyərində ilişib qalıb. Sabah oyandığında dişlərinin yerində olmadığını görən xəstə dərhal xəstəxanaya müraciət edib. Rentgen filmləri dişlərin ağciyərdə olduğunu göstərib. Xoşbəxtlikdən, traxeya tamamilə tıxanmayıb. Ağciyərdəki diş bronxoskopiya ilə çıxarılıb.

Torakal Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Levent Alpay bildirib ki, ağciyər rentgenində protez dişlər aspirasiya edilmiş halda aşkar olunub və xəstəyə dərhal müdaxilə edilib. O qeyd edib ki, xəstə əvvəlcə dişləri udduğunu düşünmüşdü, çünki belə hallar adətən mədəyə yönəlir. Bu hadisə çox nadir rast gəlinən bir vəziyyətdir və daha çox uşaqlarda müşahidə olunur; yetkinlərdə isə olduqca nadirdir.

Prof. Dr. Levent Alpay xəbərdarlıq edib:

“Bəzən bu vinirlər boşala və ya naqillər qırıla bilər. Bu halda, aspirasiya və ya udma riski artır. Buna görə də, vinirləri olanların mütəmadi olaraq diş müayinəsindən keçmələri tövsiyə olunur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki