İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var – Fotolar

  İstanbulun Üsküdar bölgəsində sərnişin daşıyan “Kamil Sayın” adlı gəmi ilə “Artvin” adlı yük gəmisi toqquşub. Qəza nəticəsində 8 nəfər xəsarət alıb.Referans xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Hadisə ilə bağlı əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki