Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video

Paytaxtın Badamdar qəsəbəsində yerləşən uşaq bağçasında uşaqların zorakılığa məruz qaldığı iddia olunur.

Referans Media Baku.ws-ə istinadən xəbər verir ki, söhbət "EOS Junior" uşaq bağçasından gedir.

Valideynin iddiasına görə, bağçadakı uşaqlar müşahidə kameraları olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.

Şikayətçi bildirib ki, uşaqlara qarşı zorakılıq edən şəxs bağçanın direktorudur. Onun sözlərinə görə, həmin qadınla bağlı dəfələrlə şikayət edilsə də, o, uşaqlara qarşı zorakılıq göstərməkdə davam edib.

Valideyn həmçinin qeyd edib ki, bağçadan çıxarılan uşaqlar hazırda psixoloji dəstək alırlar.

Bağçanın icraçı direktoru Şəfəq Həsənzadə isə həmin əməkdaşın işdən çıxarıldığını və məsələ ilə bağlı hüquqi qiymətləndirmə aparıldığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki