"Mançester Siti" cari mövsümdə Premyer Liqada ilk dəfə xal itirdi - Video

İngiltərə Premyer Liqasında XII turun oyununda "Aston Villa" doğma meydanda "Mançester Siti"ni məğlub edib.

Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, Birmingem təmsilçisi qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.

Ev sahiblərinin heyətində Nikolas Cekson 6-cı və 60-cı dəqiqələrdə fərqlənərək dubl edib. "Mançester Siti"nin yeganə qolunu isə 52-ci dəqiqədə Erlinq Holand vurub.

Bu nəticə ilə "Mançester Siti" cari mövsüm İngiltərə Premyer Liqasında ilk məğlubiyyətini alıb. Bu nəticədən sonra "Mançester Siti" 21 xalla birinci, "Aston Villa" isə 11 xalla altıncı pillədə qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki