Milli Məclisin (MM) keçmiş deputatlarının hazırkı fəaliyyəti və mandatlarını başa vurduqdan sonra həyatlarının necə dəyişməsi ictimai maraq doğuran mövzulardandır.
Bir vaxtlar parlamentdə təmsil olunan, qanunvericilik prosesində iştirak edən və ictimai-siyasi gündəmdə yer alan sabiq parlament üzvlərinin indi hansı sahələrdə çalışdıqları, fəaliyyətlərini necə davam etdirdikləri maraqla qarşılanır. Bununla yanaşı, deputat mandatı başa çatdıqdan sonra gündəlik həyatlarında və ictimai əlaqələrində müəyyən dəyişikliklərin baş verdiyini deyənlər də var. Bəs eks deputatları bu gün nə işlə məşğuldurlar?
Referans Media xəbər verir ki, Oxu.Az onların bir neçəsi ilə əlaqə saxlayaraq bu suallara cavab tapmağa çalışıb.
MM-in I çağırış deputatı Yusif Bağırzadə bildirib ki, fəaliyyəti başa çatandan sonra - 2003-2007-ci illərdə MSK üzvü olub:
"Bundan sonra isə müxtəlif vəzifələrdə çalışmışam. Hazırda siyasi şərhçi kimi fəaliyyətimi davam etdirirəm. Sabiq həmkar dostlarımla da təmaslarım var və hətta yüksək səviyyədədir".
Parlamentin III, IV, V və VI çağırış deputatı Rüfət Quliyev isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışır:
"Bununla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü və müdafiə ərəfəsində olan seminar rəhbəriyəm. Mən deputat olanda bir çox şeylərdən məhrum idim, sərbəstliyim yox idi. Amma indi daha çox vaxtım var. Həm də səhhətimə görə fəaliyyətimi geniş tətbiq edə bilmirdim. Ona görə də öz istəyimlə kənarlaşdım. Dostlarım isə bu gün də məni itirib-axtarırlar".
Sabiq deputat Tahir Kərimli hazırda İsmayıllı rayonunda yaşayır:
"Bununla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü və müdafiə ərəfəsində olan seminar rəhbəriyəm. Mən deputat olanda bir çox şeylərdən məhrum idim, sərbəstliyim yox idi. Amma indi daha çox vaxtım var. Həm də səhhətimə görə fəaliyyətimi geniş tətbiq edə bilmirdim. Ona görə də öz istəyimlə kənarlaşdım. Dostlarım isə bu gün də məni itirib-axtarırlar".
Sabiq deputat Tahir Kərimli hazırda İsmayıllı rayonunda yaşayır:
"Günümün çoxunu rayonda keçirirəm. Ailəmə daha çox vaxt ayırıram, həyət-bacada işləyirəm, mütaliə edirəm və günümü belə keçirirəm. Deputat fəaliyyətim başa çatandan sonra isə vaxtilə edilən zənglərin, itirib-axtaranların sayı kifayət qədər azalıb. Partiya sədri kimi də istefa vermişəm".
Milli Məclisin V çağırış deputatı Dilarə Cəbrayılova fəaliyyətini məktəb direktoru kimi davam etdirir:
"Mən deputat olanda da müəllim idim, indi də. Bakı şəhəri 295 nömrəli məkəbin direktoruyam. Həmin məktəb Nardaranda yerləşir. Burada təhsilin keyfiyyəti, qızların məktəbə cəlb olunması və sair işlərə görə məsuliyyət daşımışam və bir o qədər də öhdəsindən gəlmişəm. Bu gün də həmin fəaliyyətimi davam etdirirəm".
Milli Məclisin V çağırış deputatı Sona Əliyeva isə mandatını itirəndən sonra rəsmi olaraq işsiz qaldığını deyib:
"Hazırda "Təhsilli gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədriyəm. Yəni fəaliyyətimi təhsil sahəsində QHT nümayəndəsi kimi davam etdirir, bu istiqamətdə müəyyən layihələr həyata keçirirəm. Təbii ki, rəsmi işin olması özünü sığortalamaqdır, lakin belə də həyatımda qeyri-adi bir dəyişiklik yoxdur. Sadəcə, mandatımı itirəndən sonra xahiş edənlər daha yoxdur. Keçmiş həmkarlarımla da əlaqələrim davam edir".
