Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun oyunlarına yekun vurulacaq.
Referans Media oxu.az-a istinadən xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində Türkiyə təmsilçisi "Qalatasaray" Fransada "Lill"in qonağı olacaq.
Azərbaycanda azarkeşlər "Lill" - "Qalatasaray" oyununu Bakı vaxtı ilə saat 20:45-dən etibarən "CBC Sport" TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmalarında isə "Real Madrid" İspaniyada "Leypziq" klubunu, "Bavariya" isə Almaniyada İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.
Azarkeşlər "Real Madrid" - "Leypziq" oyununu Bakı vaxtı ilə saat 23:00-da "CBC Sport" TV-də , "Bavariya"- "Arsenal" qarşılaşmasını isə Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.
UEFA Çempionlar Liqası
III tur
21 oktyabr
20:45, "Lill" - "Qalatasaray" ("CBC Sport" TV);
23:00, "Real Madrid" - "Leypziq" ("CBC Sport" TV);
23:00, "Bavariya" - "Arsenal" (İctimai TV).
