ÇL çərçivəsində keçiriləcək "Lill" - "Qalatasaray" matçı öncəsi ev sahibi Fransada görünməmiş təhlükəsizlik tədbirləri görüb.
Referans Media L'Equipe-ə istinadla xəbər verir ki, oyuna fövqəladə qüvvələr səfərbər olunub.
"Qalatasaray"ın məskunlaşacağı otelin damında 6 snayper keşik çəkəcək. Kafilenin mühafizəsinə Fransa Quru Qoşunlarından 250 xüsusi təlimli hərbçi təhkim olunub. Ərazidə asayişi qorumaq üçün isə əlavə olaraq 1000 nəfərlik Milli Jandarma və muhafizə dəstəsi cəlb edilib. pizza
Fransa DİN-in oyunun təxirə salınmayacağını və planlaşdırıldığı kimi keçiriləcəyini bəyan edib. Türkiyə təmsilçisinin təhlükəsizliyi üçün ümumən 1250-dən çox hüquq-mühafizə əməkdaşı və hərbçinin fəaliyyət göstərəcəyi bildirilir.
