Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.
Referans Media Manset.az-a isdinadən xəbər verir ki , fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib.
Digər əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub.
Qeyd edək ki, Seyidəhməd Nurayev bundan əvvəl də Bakı Alayında xidmət edib.
