Ötən mövsümü icarə əsasında keçirən və daha sonra yenidən klubuna qayıdan Cengiz Ünder üçün yeni mövsüm öncəsi müsbət xəbər yayılıb.
Referans Media xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal təcrübəli futbolçuya hazırlıq mərhələsində yenidən şans verməyi planlaşdırır.
İddialara əsasən, komandanın yeni mövsüm düşərgəsinə daxil ediləcək futbolçunun fiziki hazırlığı və meydandakı performansı texniki heyət tərəfindən yaxından izlənəcək. Son qərarın isə hazırlıq prosesi başa çatdıqdan sonra veriləcəyi gözlənilir.
Bildirilir ki, yerli futbolçuların komandadakı rolunun artırılması ilə bağlı planlar da bu qərarda təsirli amillərdən biri hesab olunur.
28 yaşlı futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi "Beşiktaş" forması ilə 29 rəsmi oyunda meydana çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda Cengiz Ünderin gələcəyi ilə bağlı yekun qərarın yay hazırlıq düşərgəsindəki çıxışından sonra veriləcəyi bildirilir.
