Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, yeni dəyişiklik sərnişinlərin rahatlığını artırmaq məqsədi daşıyır və artıq rayonlara səfər üçün Bakı Dəmiryol Vağzalına və ya digər stansiyalara getməyə ehtiyac qalmır.
"Rayonlara getmək üçün artıq Bakı Dəmiryol Vağzalına və ya digər ən yaxın stansiyaya gəlməyə ehtiyac yoxdur", - deyə ADY-nin açıqlamasında qeyd olunub.
