Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinə yeni rəis təyin edilib.
Referans xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət polkovniki Vüqar Qurbanov təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi seçildiyi üçün vəzifəsindən azad edilib.
Qeyd edək ki, Oxu24.com bundan öncə Kəmaləddin Heydərovun bəstələri haqqında maraqlı yazı dərc etmişdi.