Kəndlər boşaldılır: Bu ölkələr arasında müharibə təhlükəsi yarandı   backend

Kəndlər boşaldılır: Bu ölkələr arasında müharibə təhlükəsi yarandı   

Referans Bangkok Post-a istinadən xəbər verir ki, Kambocadan atılan mərmilərə görə Taylandda onlarla kənd boşaldılıb.

Qeyd olunur ki, hakimiyyət orqanları 86 kənddən insanları qonşu Prasat rayonunda məktəblərdəki sığınacaqlara təxliyyə edib.

Rayon rəhbəri Suttiroj Çaroenthanasak bildirib ki, sığınacaqların kifayət qədər tutumu var və evakuasiya edilənlərin əksəriyyəti insidentsiz gəlib.

Çaroenthanasak əlavə edib ki, yerli vaxtla səhər saat 9:40-da sakinlərin təxliyyə olunmasını gözləyən Kap Çoenq kəndinə iki raket düşüb. Dörd nəfər yaralanıb. Onlardan ikisini, o cümlədən 12 yaşlı uşaqı xilas etmək mümkün olmayıb.

Şənbə günü, mayın 28-də səhər Taylandın Ubon Raçathani əyaləti ilə Kambocanın Preah Vihear əyaləti arasındakı mübahisəli sərhəddə, qarşılıqlı razılaşdırılmış neytral zonada iki ölkənin quru qoşunları arasında hərbi toqquşma baş verib. Toqquşma on dəqiqə davam edib. Nəticədə bir Kamboca əsgəri və mülki vətəndaş ölümcül yaralanıb.

Bundan əvvəl Tailand öz vətəndaşlarını münaqişənin kəskinləşməsi fonunda Kambocanı tərk etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki