backend

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Kiyevin Qoloseyevski rayonunda küçədə və supermarketdəbaş verən atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Referans Media xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko “Telegram” kanalında bildirib.

“Atışma zamanı xəsarət alan və daha əvvəl xəstəxanaya yerləşdirilən 10 nəfərdən biri xəstəxanada vəfat edib. Bu, 30 yaşlarında qadındır. Onun şəxsiyyəti müəyyənləşdirilir”, – paylaşımında yazıb.

Qeyd olunur ki, ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan altısına hadisə yerində yardım göstərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki