Kiyevin taleyi həll olunur – 2 ölkədən asılıdır

“Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların nəticəsi  əsasən Rusiya və Çindən asılıdır”.

Referans Media  xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.

Bildirilib ki, Avropa sözügedən prosesdə kənarda qalacaq.

“Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesindəki maraqlarını müəyyən etmək üçün Berlində görüşsələr  də, Rusiya və Çin danışıqlar masasında iştirak etməmələrinə baxmayaraq, bu görüşün nəticəsini müəyyən edəcək”, – deyə qeyd olunub./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki