Kollektor üzərində tikilən evlərin aqibəti necə olacaq? – RƏSMİ CAVAB

“1600 rəqəmi bizim indiyə qədər müəyyən etdiyimiz, kollektorların üzərində tikilmiş qanunsuz evlərin sayıdır. Reallıqda isə bu rəqəm daha çox ola bilər”.

Referans Media Globalinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Xəzər TV və “Report”a müsahibəsində deyib.

O qeyd edib ki, həmin evlərlə bağlı hüquqi müstəvidə ölçü götürüləcək və kompensasiyalar ödəniləcək.

“Bu evlərin bir qismi vaxtilə tikilib. Dediyiniz kimi, onların bir hissəsi qanunsuz və sənədsizdir. Lakin təəssüf ki, sənədi olan evlər də mövcuddur. Hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir. Nazirlər Kabinetinin qərarı ilə xüsusi komissiya yaradılıb və bu komissiya həm kollektorların, həm də içməli su magistral borularının üzərində yerləşən tikililərlə bağlı araşdırmalar aparır”, – sədr bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki