Kolumbiya Prezidenti Qustavo Petro ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş fevralın 3-də baş tutacaq.
Referans Media xəbər verir ki, məlumatı Kolumbiya prezidenti ölkə hökumətinin iclasında açıqlayıb: “Nazirlər Şurası narkotik qaçaqmalçılığı məsələsini araşdırır ki, bu da, belə deyək, ABŞ və Kolumbiya, hökumətlər, prezidentlər arasında müzakirələri gücləndirib və nəticədə 3 fevralda baş tutacaq Trampla görüşün mümkünlüyünə gətirib çıxarıb. Bu görüşün nəticələrini görəcəyik, çünki bu, həlledici əhəmiyyət kəsb edir”.
Prezidentin sözlərinə görə, onun əsas məqsədi ölkədə sosial və iqtisadi sabitliyi təmin etməkdir. O, hakimiyyətin ictimai asayişi qorumağa və Trampın ritorikasının ölkə əhalisi üçün mənfi nəticələrinin qarşısını almağa çalışdığını vurğulayıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatla əlaqədar olaraq Tramp Petro ilə bağlı xəbərdarlıqlarının qüvvədə qaldığını açıqlayıb. O, əvvəllər Kolumbiya prezidentini narkotik istehsalını təşviq etməkdə günahlandırmışdı.
Musavat.com























