Kosmetoloqdan evdə üzünə maska qoyanlara xəbərdarlıq

Sosial mediada dəri üçün müxtəlif “təbii” üsullar tövsiyə olunur. Amma viral olması onların təhlükəsiz olduğu demək deyil.

Bu barədə Oxu24.com-a açıqlamasında dermatoloq - kosmetoloq Leyla Burzu bildirib.

Həkim əhali arasında çox yayılmış və evə hazırlanan həmin qarışımlarla bağlı açıqlama da edib.

 Limon

Dərini qıcıqlandıra və günəşə qarşı həssaslığı artıra bilər.

 Qida sodası

Dərinin təbii qoruyucu baryerini poza və quruluq, qıcıqlanma yarada bilər.

 Diş məcunu

Sızanağı “qurutmaq” üçün istifadə edilsə də, tərkibindəki maddələr dərini qıcıqlandıra bilər.

 Sarımsaq

Dəriyə birbaşa tətbiqi yanma və qıcıqlanmaya səbəb ola bilər.

Unutmayın: Təbii olması avtomatik olaraq “dəri üçün təhlükəsiz” demək deyil.

Dərinizdə hər hansı problem varsa, sosial mediada gördüyünüz resepti sınamaq əvəzinə dermatoloq məsləhəti almaq daha doğrudur. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki