Azərbaycan və Qazaxıstan Xəzər dənizi üzərindən sərnişin daşımalarını yenidən həyata keçirməyə hazırlaşır.
Referans Media Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.
Diplomatın sözlərinə görə, sərnişin daşımaları “Kurık limanı–Bakı limanı–Kurık limanı” bərə xətti üzrə bərpa olunacaq.
Bu marşrut üzrə sərnişin daşımaları COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə dayandırılmışdı. Pandemiyadan əvvəl sözügedən bərə xətti ilə ildə təxminən 1500 sərnişin Xəzər dənizini keçirdi.
Daşımaların bərpa ediləcəyi dəqiq tarix hələ açıqlanmayıb.
