Hazır mənzil axtaranların diqqətinə: Yasamalda hazır evlər hansı şərtlərlə satılır?
Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biri də yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı və lokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilin üstünlüyü isə sadədir: nə tikintinin tamamlanmasını gözləyirsən, nə də gələcək görünüşünü təsəvvür etməyə çalışırsan – mənzili görür, bəyənir və seçimini edirsən.
Bu baxımdan Park Yasamal yaşayış kompleksində hazır, tam təmirli mənzil axtaranlar üçün 2, 3 və 4 otaq, eləcə də studiya seçimlər təqdim olunur. Fərqli sahə və otaq sayında mənzillərlə yanaşı, bağçalı və terraslı mənzil variantları da mövcuddur. Bina evində belə açıq məkanın olması isə gündəlik həyata əlavə rahatlıq gətirir – istirahət etmək, uşaqlar üçün oyun sahəsi yaratmaq və ya sadəcə açıq havadan zövq almaq üçün şəxsi məkanın olur. Bundan əlavə tikintisi davam edən binalardan da seçim edə bilərsiniz.
Mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir zamanı Avropa brendlərinin məhsullarından istifadə olunur: “HARO” parketləri, “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, “GROHE” hamam aksesuarları və “Infinity” keramoqranitləri. Bu isə mənzilə köçdükdən sonra əlavə təmir prosesi və vaxt itkisi ilə məşğul olmadan yeni evinə yerləşməyə imkan verir.
Bəlkə də axtardığın mənzil artıq hazırdır. Sadəcə gəlib görmək və seçmək qalır.
Park Yasamalda hazır mənzillərlə tanış olmaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edə bilərsən.
Ətraflı: *1544
