Lənkəranda dəmiryolu relslərini kəsərək oğurlamağa çalışan 3 nəfər hadisə yerində saxlanılıb.
Bu barədə Referans Media-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri – 50 yaşlı A. İsayev, 53 yaşlı İ. Qəmbərov və 37 yaşlı N. Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman yaxalanıblar.
Faktla bağlı araşdırma aparılır.
