Cəlilabadda dəhşətli yanğın: Ev tamamilə yandı

Cəlilabad rayonunun yaşayış evində yanğın baş verib.

Referans Media-ın Cənub Bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Közbulaq kəndində, kənd sakini Yaqub Yaqubova məxsus evdə qeydə alınıb. Alov qısa müddətdə evi bürüyüb və 104 kv-lik tikili tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Kənd sakinləri və hadisə yerinə gələn FHN-nin texnikası, canlı qüvvəsinin müdaxiləsi nəticəsində yanğının ətrafdakı ərazilərə və digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki