Üç milyardı Azərbaycandan kimlər və niyə çıxarıb?

Bu ilin I yarısında Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) təxminən 3 milyard ABŞ dolları təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında Azərbaycanın xalis maliyyə aktivləri 3,3 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,3 milyard ABŞ dolları artıb.

Azərbaycandan çıxarılan 3 milyard dollar kapital əsasən nə ilə bağlıdır və niyə bu qədər yüksəkdir?

Referans Media xəbər veriri ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əslində ölkədən çıxarılan 3 milyard dollar kapital yüksək deyil, bundan da yüksək olan illər olub:

“Hətta bundan ikiqat yüksək olan vaxtlar olub. Səbəb isə sadədir. Azərbaycanda iş görən xarici şirkətlər öz dividentlərini çıxarırlar, normaldır, belə də olmalıdır.

İkincisi, vətəndaşlar da pulköçürmələri artırıblar. Çünki xaricdə iş, biznes qurmaq, daşınmaz əmlak almaq istəyən şirkətlər, fiziki və ya hüquqi şəxslər də ölkədən pul çıxarırlar. Səbəb isə odur ki, daxildə biznes qurmaq üçün şərait o qədər də əlverişli deyil.

Bu tendensiyanı ölçmək lazımdır. Əgər bu tendensiya getdikcə daha da artan xətlə davam etsə, bu Azərbaycan iqtisadiyyatında struktur problemlərinə səbəb ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki