Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət lideri Sergey Tixanovskini ailəsinə qovuşması üçün humanitar səbəblərdən azad etmək qərarına gəlib.
Referans xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont “RİA Novosti”yə bildirib.
O qeyd edib ki, dövlət başçısı amerikalı həmkarı Donald Trampın xahişi ilə 14 nəfəri əfv edib .
“Naşa Niva” nəşrinin daha əvvəl yazıb ki, müxalifətçinin azadlığa buraxılması Belarus hakimiyyəti ilə iyunun 21-də Minskə səfər edən və Lukaşenko ilə görüşən ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq arasında aparılan danışıqlar nəticəsində mümkün olub.