2026-cı ilin yanvar - avqust ayları üzrə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib.
Referans Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
Sözügedən dövrə əhalinin nominal gəlirləri 63 511,3 mln manat təşkil edib ki, bu da illik müqayisədə 9,4% artım deməkdir.
