Macarıstan parlamenti baş nazirin iki dörd illik müddətlə məhdudlaşdırılmasını nəzərdə tutan konstitusiya düzəlişini təsdiqləyib.
Bu düzəliş geriyə parlamentin 15 iyunda keçirilən iclasında qəbul edilib. Bildirilir ki, 135 deputat qanun layihəsinin lehinə, 50 üzv isə əleyhinə səs verib.
Yeni baş nazir Peter Macarın seçki kampaniyası vədlərindən biri olan düzəliş geriyə təsir edəcək və keçmiş müddətləri nəzərə alacaq. Buna görə də, Macarıstanı 16 il idarə edən Viktor Orban hakimiyyətə qayıda bilməyəcək.
Dəyişiklik həmçinin Macarın baş nazir kimi öz səkahiyyət müddətini iki müddətlə məhdudlaşdıracaq və onun 2034-cü ildən sonra hökumətə rəhbərlik etməsinə mane olacaq.
Bu, Macarın partiyası tərəfindən irəli sürülən ilk konstitusiya dəyişikliyidir. “Tisza” partiyası konstitusiya çoxluğuna malikdir və bu, ona konstitusiyanı dəyişdirməyə imkan verir.
Xatırladaq ki, 2026-cı ilin aprelində Macarıstanda parlament seçkiləri keçirilib və nəticədə Péter Macarın rəhbərlik etdiyi “Tisza” partiyası qələbə qazanıb. Macar Viktor Orbanı əvəz edərək baş nazir olub və vədlərindən birini artıq yerinə yetirib./Musavat.com
