Yaxın Şərqdə kritik diplomatiya: Trampa İrana görə mühüm çağırış

Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ABŞ Prezidenti Donald Trampa müraciət edərək İran ətrafındakı hərbi gərginliyi artırmamağı və diplomatik səylərə daha çox şans verməyi xahiş ediblər.

Referans MEDİA xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bölgə dövlətlərinin sülh çağırışları fonunda İsrailin Baş naziri Binyamin Netanyahu isə İranın strateji obyektlərinə qarşı ABŞ və İsrailin birgə hərbi-texniki əməliyyat keçirməsi üçün Vaşinqtonda fəal lobbiçilik aparır. Nəşrin məlumatına görə, İsrail tərəfi hərbi zərbələrin ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər dərhal başa çatdıqdan sonra endirilməsində təkid edir.

Yaxın Şərqdə diplomatiya ilə genişmiqyaslı müharibə riski arasında gərginlik pik həddə çatarkən, Ağ Evin seçkilərdən sonra hansı qərarı verəcəyi qlobal təhlükəsizlik baxımından kritik əhəmiyyət kəsb edir./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki