“Növbəti ildən magistraturaya qəbul səviyyəsində xarici dil imtahanında danışıq bacarıqları da yoxlanacaq”.
Referans Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında qeyd edib.
“Növbəti ildən etibarən magistratura səviyyəsinə qəbul imtahanında xarici dil üzrə danışıq bacarıqları da qiymətləndiriləcək. Bu istiqamətdə də hazırlıq gedir. Bunun üçün kifayət qədər texniki resurs, ekspert bankı lazımdır. Bu istiqamətdə hazırlıq prosesindəyik”.























