image-mkgr7apctdxr7few9ryitrfvclbsmfta01fudvxm_1200backend

Maşının kuzovu açıldı, qarğıdalı dənələri yola dağıldı – VİDEO

Bakı-Quba avtomobil yolunda maşından dağılan qarğıdalı dənələri sürücülərin diqqətini çəkib.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Bildirilib ki, hərəkətin intensiv olduğu magistral yolda bir maşın qarğıdalı dənələri yola dağılıb.

Hadisənin baş verməsinə səbəb yük maşınının kuzovunun qapısının açılmasıdır.

Görüntülərdə diqqət çəkən əsas məqamlardan biri isə bəzi şəxslərin hərəkətin intensiv olduğu yolda dayanaraq dağılan qarğıdalı dənələrini toplamağa çalışması olub. Bu hal sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Qeyd olunub ki, artıq yol təmizlənib və hərəkət nizamlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki