Türkiyədə bələdiyyə sədrlərinə qarşı istintaqlar davam edir.
Referans Media xəbər verir ki, polis bu dəfə Uşak vilayətinin Eşme rayonunda əməliyyat keçirib və bələdiyyə sədri Yılmaz Tozan saxlanılıb.
Eşme Rayon Prokurorluğundan bildirilib ki, Yılmaz Tozan istintaqa cəlb olunub. O, qeyri-qanuni fəaliyyət göstərən cinayətkar qruplaşmaları dəstəkləməkdə ittiham olunur.
Qeyd edək ki, Yılmaz Tozan Ceumhuriyyət Xalq Partiyasının üzvüdür.
























