Məşhur aktyordan sevindirici xəbər – son görüntüsü yayıldı

Ufuk Özkanın son görüntüsü sosial mediada və maqazin gündəmində diqqət çəkib.

Referans Media xəbər verir ki, bir müddət əvvəl qaraciyər transplantasiyası əməliyyatı keçirən aktyorun müalicə prosesindən sonra sağlamlığını bərpa etdiyi bildirilir. Ailəsi ilə birlikdə çəkilmiş yeni fotosunda Özkanın enerjili və gümrah görünməsi izləyicilər tərəfindən müsbət qarşılanıb.

Uzun müddət davam edən müalicə və bərpa mərhələsindən sonra aktyorun gündəlik həyatına daha aktiv şəkildə qayıtdığı qeyd olunur. Onun yaxın gələcəkdə yenidən ekran layihələrində yer ala biləcəyi ilə bağlı da gözləntilər var.

1975-ci ildə Almaniyada anadan olan Ufuk Özkan teatr mənşəli aktyordur. O, xüsusilə Geniş Aile serialındakı Cevahir obrazı ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb. Bu gün də televiziya və əyləncə layihələrində fəaliyyəti ilə diqqət çəkən simalardan biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki